hami sözündəndir. Azərbaycan dilində hami ümumişlək sözlərdən olub, əsasən, iki mənada işlənir: 1. Birini himayə edən, himayəsi altına alan, qoruyan; himayəçi, havadar, arxa; 2. Birisinə və ya bir təşkilata hamilik edən adam və ya təşkilat. Hami kişi adı da arxa, dayaq mənalarını ifadə edir.
Bu gün ərəb dünyasında, eləcə də türk xalqlarının məişətində geniş yayılmış Hami şəxs adı, həmçinin addan ənənəvi yolla yaranmış Hamiyə qadın adı geniş yayılmışdır. Məişətimizdə Hami kişi adı köhnəlmiş şəxs adlarından olsa da, addan ənənəvi yolla düzəlmiş Hamiyə (bax: ad – HAMİYƏ) qadın adına hələ də təsadüf edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti