Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

havadar1 [havadar] isim ərəb/fars

Birinin tərəfini saxlayan, ona tərəf çıxan, onu müdafiə edən; tərəfgir, tərəfkeş, tərəfdar; eyni mənada bəzən mənfilik çaları ilə. □ Dili xoş olanın havadarı çox olar. (Atalar sözü).

havadar2 [havadar] sifət ərəb/fars

Arxaizm. Yaxşı havası olan, havası tez-tez təzələnən, həmişə təmiz olan; sağlam. □ ..Qayət havadar və ziyadar məskənlər vücuda gətirilmişdir. (T.Ş.Simurq).

Həmçinin bax:

frazeologizm: havadar çıxmaq Azərbaycan dilinin izahlı lüğəti