Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

[hə] ədat

1. Verilən suala müsbət cavab və ya təsdiq məqamında işlənir; bəli, elədir. (Bəzən “ə” saiti uzadılaraq tələffüz olunur). □ Hə, razıyam.
2. Sual cümlələrində sualı gücləndirir və təkid bildirir. □ Hə, de görüm məndən nə istəyirsən?
3. Sual cümlələrinin axırında müsahibi cavab verməyə vadar etmək məqamında işlənir – düz deyil? elə deyilmi? de görüm mənasında. □ ..Siz haqlı olmadığınızı etiraf edirsinizmi? – Hə?
4. Nitqin daxilində əvvəlcə deyilmiş sözü israrla təsdiq məqamında işlənir və bəzən təkrar deyilir – düzdür, tamamilə doğrudur, elədir ki var, əlbəttə mənasında. □ ..Sən dediyinin üstündə durursanmı? – Hə, hə, dururam.

5. Yaddan çıxmış bir şey birdən yada düşdükdə və ya başqa mətləbə keçdikdə deyilir – yeri gəlmişkən, bir də mənasında. □ Hə, yaxşı yadıma düşdü.

6. Cümlənin əvvəlində müraciət zamanı işlənir – ey, ay mənasında. □ ..Hə... ana, kefin necədir? (C.Məmmədquluzadə).
7. Müraciətə, çağırışa cavab kimi işlənir – nə, nədir, eşidirəm! mənasında. □ ..Həsən? – Hə.

Həmçinin bax:

frazeologizm: həsini almaq Azərbaycan dilinin izahlı lüğəti