Reklam
Reklam

Məsəllər, deyimlər

HƏ, NOOLSUN?!

►O qədər də əhəmiyyətli olmayan, lakin şişirdilən hər hansı fakt və ya hadisəyə istehzalı münasibət bildirən ifadə.

İfadə görkəmli Azərbaycan ədibi, kiçik hekayələr ustası Əbdürrəhim bəy Haqverdiyevin «Ac həriflər» hekayəsindən götürülüb.

Eyniadlı televiziya tamaşasından (1996) sonra bu ifadə xeyli geniş yayılıb.

Tamaşada hadisələrin cərəyan etdiyi yeməkxanada qəribə hallar baş verir. Əksər müştərilərin fikri-zikri yediyinin pulunu ödəmədən aradan çıxmaqdır. Bir müştəri (aktyor Yaşar Nuri) isə heç kimə və heç nəyə əhəmiyyət vermədən qəzet oxuyur, şəhər yeniliklərinə emosional münasibətini bildirir. Oxuduğu hər xəbərə (şəhərdə filan tamaşa olub, şəhərə hansısa truppa gəlib və s.) isə bircə kəlmə ilə reaksiya verir:

– Hə, noolsun?!

İndinin özündə də mənasız və əhəmiyyətsiz hadisəni şişirdilmiş şəkildə və həyəcanla çatdırdıqda adamların içindən bu ifadə qopur.

Məsəllər, deyimlər