1. Xasiyyətcə, təbiətcə yumşaq (adam haqqında). □ Həlim adam.
2. Sakit, dinc (heyvan haqqında). □ Həlim buzov iki inəyi əmər. (Atalar sözü).
3. Xoşagələn, ürəyəyatan, qulağa xoş gələn (səs haqqında). □ Müəllim bir qədər həlim və mülayim səslə soruşdu.. (Ə.Vəliyev).
İçərisində düyü və s. qaynadılması nəticəsində hasil olan qəliz su. □ Süzülmüş düyünün üstünə ilıq su gəzdirməklə onu yuyurlar ki, həlimi getsin.
Azərbaycan dilinin izahlı lüğəti