Yun məmulatı (keçə, nəməd, yapıncı, palan, tərlik və s.) istehsalı ilə bağlı sənət növü.
Qoyunçuluğun meydana gəlməsi ilə H.-ın da Neolit dövründə təşəkkül tapdığı ehtimal olunur. Yuyulub təmizlənmiş yunu 1-ci və 3-cü laylar təmiz, onların ortasındakı 2-ci lay isə çirkli yundan olmaqla bərabər qalınlıqda parça qəlib üzərinə yayır, üzərinə qaynar su çiləyirlər. Sonra onu uzunluğu 2,5-3 m olan ağac oxa bağlayıb loğalaq formasına salırlar. Həllaclar yun laylar bir-birinə yapışıb bərkiyənədək loğalağı təpiklə irəli-geri diyirlədiblər. H. keçmişdə Azərbaycanın Gəncə, Qazax, qismən Lənkəran və Zaqatala bölgələrində yayılıb.
Tarix terminləri lüğəti