Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

həmişəbahar [həmişəbahar] isim fars

1. Botanika. İlin bütün fəsillərində çiçək açan cır qızılgül növü. □ Saib saxsıdakı yeni açmış həmişəbaharı məzar üzərinə qoyub geri çəkilər. (H.Cavid).
2. Həmişə öz təravətini saxlayan; həmişəcavan. □ ..Rəhmətlik kişi də deyərdi ki, həmişəbaharsan, ay Qəmər! (M.İbrahimov).

Azərbaycan dilinin izahlı lüğəti