Reklam
Reklam

Məsəllər, deyimlər

HERAKL SÜTUNLARI

►Bir şeyin son hәddini, hüdudunu bildirmək üçün işlәdilən ifadə.

İfadə yunan əsatirinin məşhur qəhrəmanı Heraklın adı ilə bağlıdır.

Heraklın on iki qoçaqlığı dillər əzbəridir. Bu qoçaqlıqlardan biri nәhəng üç başı və çoxlu әl-ayaqları olan Gerionun inәklәrini oğurlamasıdır. Dünyanın qurtaracağında, okeanın içindәki adada yaşayan bu nəhəngin yanına gedib çıxmaq isə olduqca çәtin və təhlükəli idi.

Herakl bütün çәtinliklәrә mətanәtlә sinə gərәrәk bu ağır sәyahәti başa vurur, dünyanın sonuna gedib çıxır. O, bir boğazın yanında müvəqqəti məskən salır vә onun hәr iki sahilindә iki nәhәng daş sütun qaldırır. Bu sütunlar Heraklın qeyri-adi gücünə, igidlik və cəsurluğuna şәhadәt etmәli idi. İndi hәmin boğaz məşhur ərəb sərkərdəsinin şərəfinə Cəbәlüttariq (Gibraltar) adlanır. Heraklın sütunları isә həmin boğazın hər iki tərəfində qürurla dayanmış qayalardır.

Dilimizdə «Herakl əməyi», «Herakl gücü» kimi ifadələr də işlənir.

Məsəllər, deyimlər