Reklam
Reklam

Tarix terminləri lüğəti

hərbi blokada

Hərbi əməliyyatların düşmən obyektinin xarici aləmdən (qurudan, havadan və dənizdən) tam təcrid olunmasına yönəlmiş xüsusi forması.

H.B. düşmənin müəyyən əraziyə əlavə canlı qüvvə və texnika yeritməsinin, eləcə də böyük dəyər kəsb edən qiymətli əşyaları oradan çıxarmasının qarşısını tamamilə almaq, yaxud belə imkanı minimuma endirmək, habelə düşməni zəiflətmək, sarsıtmaq, onu təslim olmağa vadar etmək və s. məqsədlərlə tətbiq olunur. Ayrı-ayrı dövlətlər, onların silahlı qüvvələri, iri qoşun qruplaşmaları, adalar, boğazlar, körfəzlər, hərbi-dəniz bazaları, limanlar, möhkəmləndirilmiş rayon və şəhərlər H.B.-nın obyekti ola bilər. ABŞ donanmasının 1962-ci ildə Kubanı blokadaya alması H.B.-nın ən məşhur nümunələrindəndir.

Tarix terminləri lüğəti