Reklam
Reklam

Tarix terminləri lüğəti

hərbi dövr

İki dövlətin, dövlətlər qrupunun, yaxud bir dövlət daxilində müxtəlif siyasi qüvvələrin müharibə vəziyyətində olduqları dönəm.

H.D. müharibənin elan olunduğu və ya  hərbi əməliyyatların faktiki başlandığı andan hesablanır. O, dövlətin və cəmiyyətin həyatında xüsusi mərhələ sayılır. Bu dövrdə öz vətəndaşlarının təhlükəsizliyini xarici təhdidlərdən qorumaq hər bir dövlətin başlıca vəzifəsi hesab olunur. Həmin funksiyanın yerinə yetirilməsi üçün H.D.-də dövlətin səlahiyyətləri artırılır, insan hüquq və azadlıqları isə, əksinə, məhdudlaşdırılır.

Tarix terminləri lüğəti