Reklam
Reklam

Tarix terminləri lüğəti

hərbi pullar

Bir dövlətin (dövlətlər koalisiyasının) hərbi hakimiyyəti tərəfindən digər ölkənin (ölkələr qrupunun) ərazisində məcburi tədiyə vasitəsi kimi buraxılan kağız pulların (əsginasların) xüsusi növü.

İqtisadi təbiətinə görə H.P. («işğal pulları» da adlanır) adi kağız pullardan fərqlənmir. Lakin onlar kağız pullara xas bütün funksiyalara malik olmayıb yalnız tədavül və ödəniş vasitəsi kimi işlənir: spesifikliyi və yüksək inflyasion xarakteri, qısamüddətliliyi və nisbətən məhdud ərazidə işlənməsi ilə fərqlənir, yerli valyutaya münasibətdə məcburi məzənnənin tətbiqi də H.P.-ın səciyyəvi cəhəti hesab edilir. Bu baxımdan H.P. dəyər ölçüsü və sərvət yığım vasitəsi ola bilməz. II Dünya müharibəsi (1939–1945) və ondan sonrakı ilkin dövrdə belə pulların emissiyası xüsusilə geniş yayılıb. Nasist Almaniyası, daha sonra isə müttəfiq dövlətlər işğal etdikləri ölkələrdə H.P.-ı dövriyyəyə buraxıb.

Tarix terminləri lüğəti