1. Avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan. □ Hərcayi adam.
2. Zərf kimi: boş-boş, avara-avara, veyil-veyil. □ Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz; Hərcayi gəzib, hər yeri seyran edəsiz siz. (M.Ə.Sabir).
3. İsim kimi: avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan adam. □ Hərcayidən, müxənnəsdən, nadandan; Nə söz qaldı sənətkara dəyməmiş? (Aşıq Ələsgər).
4. Mənasız, boş. □ Hərcayi iş.