ər. hərəm – toxunulmaz yer, müqəddəs yer, ziyarətgah + fars. xanə – ev
Müsəlmanların yaşadığı saray və evlərin yalnız qadınlara və azyaşlı uşaqlara məxsus olan hissəsi.
H.-ya ancaq ev sahibinin daxil olmağa hüququ çatıb, yad adamların ora girməsi isə ağır cinayət sayılıb. Onun ölçüsü və daxili tərtibatı ailə başçısının sosial və maddi vəziyyətindən asılı olub. Keçmişdə müsəlman Şərqində hökmdarların, varlıların və əyanların böyük H.-ları olub. XX əsrin 20-ci illərindən başlayaraq bir sıra ölkələrdə çoxarvadlılığın ləğvindən sonra qadınların hüquqlarının kişilərlə bərabərləşdirilməsi, iqtisadi və mədəni tərəqqi H.-ların, demək olar, aradan qalxmasına səbəb olub.
Tarix terminləri lüğəti