Reklam
Reklam

Tarix terminləri lüğəti

Hereti

gür. – herlər ölkəsi

Gürcü mənbələrində Qafqaz Albaniyasının Gürcüstanla həmsərhəd ərazisinin adı.

Alazan və İori çayları hövzəsində yerləşən bu ərazidə Hereti şəhəri də olub və o, VII əsrdə ərəblər tərəfindən dağıdılıb. H.-də məskunlaşmış herlərin Azərbaycanda yaşamış qrizlarla (özlərini “qər” adlandırırlar) haputluların (özlərini “hər” adlandırırlar) əcdadları olduqları ehtimal edilir.

Tarix terminləri lüğəti