1. Hər hansı bir dilin əlifbasında adətən müəyyən səsə uyğun gələn yazı işarəsi; əlifbanı təşkil edən işarələrdən hər biri. □ “B” hərfi. Kiçik hərf.
2. Məcazi mənada: bir şeyin mənasının, məzmununun əksinə olaraq onun xarici, formal cəhəti. □ Tərcümədə mətnin hərfini deyil, ruhunu verməyə çalışmaq lazımdır.
3. Söz, kəlam, kəlmə. □ Xoşuna getməyir şair könlümün; Onun hər yalançı hərfi, ey qadın! (S.Rüstəm).
Həmçinin bax: