1. Gözə tanış gəlməyən, şübhəli görünən tip; subyekt. □ Bu hərif kimdir?
2. Məcazi mənada: bic, çoxbilmiş, tez başa düşən, tez duyan, ayıq. □ Hərif hərifi uzaqdan tanıyar. (Atalar sözü).
3. Yüngül söyüş məqamında işlədilir. □ ..Sən də, Toğrul, xristian hərif, yaxın gəl! (C.Cabbarlı).
4. Məcazi mənada: alçaq, yaramaz (adı çəkilməyə layiq olmayan adam haqqında). □ – Nə var? – Nə oldu? – Həriflər özgə bir səngərə doldu. (S.Vurğun).
5. Oyun yoldaşı; oyundaş. □ Hərif uduzdu.
6. Klassik ədəbiyyatda sirdaş, yoldaş, munis mənalarında işlənmişdir. □ Bildim, qəmini sənin, ki çoxdur; Qəm çəkməyə bir hərif yoxdur. (M.Füzuli).
7. İdman yarışlarında iştirak edənlərdən hər biri; qarşı tərəf. □ Qara pəhləvan gördü, yox, hərif çox qüvvətlidir. (“Koroğlu”).