Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

hesab [hesap] isim ərəb

1. Hər hansı hesablamanın rəqəmlərlə ifadə olunan nəticəsi; say, miqdar. □ Qulaq asanların hesabı artdı. (Ə.Haqverdiyev).

2. Hesablama, sayma, hesab etmə.

Bir sıra alimlərin apardığı hesaba görə Yer kürəsinin tərkibində olan tək uran və torinin atom enerjisi neft və daş kömür ehtiyatının enerjisindən 20 dəfə çoxdur. (A.Qarayev).
3. Riyaziyyat. Riyaziyyatın, rəqəmlərin sadə xüsusiyyətlərini və onlarla həll olunan əməliyyatı öyrənən bəhsi. □ Hesabdan “5” almaq.
4. Borc, verəcək. □ Hesabın böyük – kiçiyi olmaz. (Atalar sözü).
5. Maliyyə. Maliyyə əməliyyatı və ya hər hansı idarənin, müəssisənin maliyyə əməliyyatının mühasibat uçotu üçün əsas olan sənədlər. □ İdarənin hesab nömrəsi.
6. Zərf kimi: hesabına şəklində – vəsaiti ilə, pulu ilə. □ Öz hesabına ezamiyyətə getmək.

Həmçinin bax:

frazeologizm: hesab çəkmək frazeologizm: hesab etmək frazeologizm: hesaba almamaq frazeologizm: hesaba vurmaq frazeologizm: hesabı çürütmək frazeologizm: hesabı düz çıxmamaq frazeologizm: hesabı içəri vermək frazeologizm: hesabı itirmək frazeologizm: hesabını aparmaq Azərbaycan dilinin izahlı lüğəti