mürəkkəb adların tərkibində işlənən Hasan və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İslam tarixində xüsusi yeri olan 2 məşhur şəxsiyyətin adından olan Həsənəli (bax: ad – HƏSƏN; ƏLİ) kişi adı gözəl, xeyirxah işlər sahibi Əli anlamını ifadə edir.
Adın təhrif olunmuş forması Həsənalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Adın daşıyıcılarından İrəvan xanlığının tarixində Həsənəli xan Ziyadlı Qacarın xanlıq dövrü 1783-1784-cü illərə təsadüf edir. Daha bir görkəmli şəxsiyyət – Həsənəli xan Qaradaği (1848-1929) Azərbaycanın görkəmli maarifpərvər ziyalısı, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi olmuşdur. Bəzi mənbələrdə soyadı Qaradağski kimi qeyd edilən maarifpərvər ziyalının şagirdləri arasında mədəniyyət tariximizdə nəşhur şəxslərdən olan Zülfüqar Hacıbəyov, Cəlil bəy Bağdadbəyovun adlarını çəkmək olar. Həsənəli xan təşkil etdiyi məşğələlərin əsas qayəsi uşaqları Qori Müəllimlər Seminariyasına hazırlamaq olmuşdu. 1881-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevskinin Tiflisə ana dilində dərslik tərtib etmək kimi bir məsələ ilə bağlı dəvət etdiyi azərbaycanlı ziyalılar arasında Həsənəli xan da var idi. Onun öz məktəbində dərs prosesində istifadə etdiyi şeir nümunələri tərtib olunacaq ilk əsaslı Azərbaycan dərsliyinə salınmalı idi. Beləliklə, 1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi nəşr edilən “Vətən dili” dərsliyində Həsənəli xan Qaradağskinin müəllifi olduğu on bir, tərcümə etdiyi iyirmi üç şeir özünə yer tapdı. Bu həmin “Vətən dili” dərsliyidir ki, qırx ilə yaxın bir dövrdə Azərbaycan məktəblərində əsas dərs vəsaiti olmuşdu.
Azərbaycan şəxs adlarının izahlı lüğəti