Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

həsrət [həsrət] isim ərəb

1. Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusu. □ Vətən həsrəti. Övlad həsrəti.
2. Ələ keçməyən və ya əldən çıxmış bir şeyə təəssüflənərək çox acıma, mənəvi iztirab keçirmə. □ Mayanın kədəri və göz yaşlarında sanki Zeynəbin öz gəncliyinin həsrətləri dilə gəlib danışırdı. (M.İbrahimov).
3. Yaxın adamından, sevgilisindən ayrılma; ayrılıq, fəraq, hicran. □ Narınca bax, narınca; Yar gedibdi, gözüm qalıb dalınca; Ölüm xoşdur, yara həsrət qalınca. (Xalq mahnısı).

Həmçinin bax:

frazeologizm: dünya işığına həsrət qalmaq frazeologizm: həsrət çəkmək frazeologizm: həsrət qalmaq frazeologizm: həsrət qoymaq frazeologizm: işıq üzünə həsrət qalmaq frazeologizm: işıqlı dünyaya həsrət qoymaq frazeologizm: sağ cana həsrət qalmaq Azərbaycan dilinin izahlı lüğəti