Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

həya [həya] isim ərəb

1. Abır, ar, ismət, namus, utanma hissi. □ Həyasızda insaf olmaz, insafsızda – həya. (Atalar sözü).
2. Məcazi mənada: bədənin məhrəm (örtülü, ayıb) yeri. □ ..həya yerlərindən başqa bədənləri tamamilə açıq idi. (Y.V.Çəmənzəminli).

Həmçinin bax:

frazeologizm: həyanı yeyib abrını tullamaq Azərbaycan dilinin izahlı lüğəti