1. Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab. □ Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. (M.S.Ordubadi).
2. Vəlvələ, çaxnaşma, küy. □ ..Amma, nəyə lazım o həyəcan?!
3. Təhlükə, təhlükəli vəziyyət, həmin vəziyyəti bildirən siqnal. □ Həkimlər həyəcan təbili çalır.
4. Məcazi mənada: dalğalanma, kükrəmə, coşma, tüğyan. □ Dənizin həyəcanını sahilin sakitliyi əvəz eləmişdi. (B.Bayramov).
Həmçinin bax: