1. Həyəcan keçirən, həyəcan duyan, əsəbi, əsəbiyyət halında olan, coşmuş. □ Həyəcanlı abituriyent.
2. Həyəcan, təlaş, iztirab, narahatlıq ifadə edən; həyəcan, iztirab doğuran; təşvişli, iztirablı. □ Həyəcanlı nəzər. Həyəcanlı xəbər. Həyəcanlı anlar.
3. Zərf kimi: həyəcan keçirən, həyəcan duyan, əsəbi, əsəbiyyət halında olan, coşmuş. □ Həyəcanlı danışmaq.
4. Məcazi mənada: coşqun, təlatümlü, dalğalı. □ Həyəcanlı dəniz.