1. Adətən evin qabağında ətrafı hasar və ya başqa binaların divarları ilə əhatə olunmuş sahə. □ Həyətləri sarı gül; Yarı qönçə, yarı gül; Gözlərindən sil yaşı; Ayrılıqdı, barı gül. (Bayatı).
2. Hər hansı tikilini dövrələyən açıq sahə. □ Məktəb həyəti.
3. Bütün təsərrüfat tikililəri ilə birlikdə kəndli evi; ayrıca kəndli təsərrüfatı. □ Kənd 150 həyəti birləşdirir.
4. Heyvan, təsərrüfat inventarı və s. üçün bina; ümumiyyətlə, tikili. □ Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki təpələrin rəngi dəyişmişdi. (İ.Şıxlı).