Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

heyvərə

Kobud, qanmaz, zırrama, ağzıyava. (“Koroğlu” dastanının lüğəti)

Bu mənalarla yanaşı, dastanda yekə, zorba mənasına da rast gəlinir.

Bu heyvərə oğlu heyvərə bir dəfə məni soyub bütün var-yoxumu əlimdən alıb.

(“Koroğlunun Ərzurum səfəri”)

*

Nigar xanım soruşdu:

– Ay heyvərə, haralısan?

Bəlli Əhməd dedi:

– Ərzurum vilayətindənəm. (Paris nüsxəsi, 4-cü məclis)

Cəfər paşanın bir Qara pəhlivanı var idi. Paşanın yanında qalırdı. Güclü, heyvərə bir pəhlivan idi. (“Koroğlunun Ərzurum səfəri”) (İ.A., B.A.)

Azərbaycan dastanlarının leksikası