Haz... ilə başlayan kişi adlarının əzizləmə və oxşama mənasında kiçiltmə formasıdır.
Sonradan Həzi müstəqil kişi adı kimi rəsmiləşmişdir. Addan soyad da formalaşmışdır. Adın məşhur daşıyıcılarından biri də hərb tarixində ad qoymuş görkəmli şəxsiyyətlərdən olan Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovdur (1910-1945). 1941-1945-ci illərdə tarixdə Böyük Vətən müharibəsi kimi qalmış döyüşlərdə son dərəcə qəhrəmanlıq göstərmiş azərbaycanlı hərbiçilərdəndir. Həzi Aslanov bir sıra orden və medallarla təltif olunmuş, ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğəti