Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

him1

Başkeçid, Borçalı, Şərur, Culfa, Gədəbəy, Kəlbəcər, Naxçıvan, Ordubad, Şamaxı

Bünövrə, özül, əsas. □ Əvvəl himi atıram, so:ra daşınan himin doldururam (Ordubad); Tufarın himin dərin qoy, möhkəm olsun (Başkeçid).

him2

Bakı, Borçalı, Gədəbəy, Masallı, Mingəçevir, Oğuz

Qaş-gözlə edilən işarə. □ Bir himnən başa düşəcəx' (Oğuz); Eləjə himnən biz də başa tüşö:yrüx' (Gədəbəy).

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti