Reklam
Reklam

Tarix terminləri lüğəti

homindançılar

çin. homindan – milli partiya

XX əsrdə Çinin siyasi tarixində mühüm rol oynamış “Homindan” partiyasının üzvləri.

1912-ci ildə əsası qoyulmuş partiya Çində parlamentli respublika yaradılması uğrunda mübarizə aparıb, ayrı-ayrı qüvvələrin ölkədə monarxiyanı bərpa etmək cəhdlərinə qarşı çıxıb. H.-ın 1924-cü ildə qəbul etdikləri proqram üç prinsipə əsaslanıb: millətçilik, xalq hakimiyyəti və xalqın rifahı. XX əsrin 30-cu illərindən başlayaraq onlar Çində hakimiyyət uğrunda mübarizədə kommunistlərin əsas rəqibi olublar. Bu mübarizə 1949-cu ildə kommunistlərin qələbəsi ilə başa çatıb. H. yalnız Tayvanda hakimiyyəti əllərində saxlaya biliblər. Tayvanla Çinin birləşməsi tərəfdarları olsalar da, onlar antikommunist mövqedə dururlar və Çinin materik hissəsində kommunistlərin hakimiyyətinin devrilməsi ideyasından əl çəkməyiblər. H.-ın ən tanınmış lideri Çan Kayşidir (1887–1975).

Tarix terminləri lüğəti