Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

hoza1

Bərdə, Füzuli, Mingəçevir

Dəyirman daşını qaldırmaq üçün alət.  Hozeynan də:rmanın daşın qaldırıv altına dirəg qoyullar (Bərdə); Özgə yerin döyməncini hoza ilə döyəllər (Mingəçevir).

hoza2

Cəbrayıl

Əlağacı.  İslam kişi hozeynan iti vurdu.

hoza3

Salyan

Əleyhdar.  Oni vəzifəyə qoymazzar, hozası çoxdu.

Azərbaycan dilinin dialektoloji lüğəti