Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ibtidai [ibtida:yi] sifət

1. Başlanğıca aid, ən əvvəl olan; ilk. □ Yaralılara ibtidai yardım göstərmək.

2. Hələ mükəmməlləşməmiş, inkişaf etməmiş. □ İbtidai həyat.

3. Başlanğıc, ilk, dərəcə etibarilə aşağı. □ İbtidai siniflər. İbtidai təhsil.
4. Bəşəriyyət tarixinin ən qədim (ilk) dövrlərinə aid olan. □ İbtidai insanlar.
5. Hazırkı dövr üçün köhnəlmiş, geri qalmış, ən adi, primitiv. □ İbtidai adətlər. İbtidai geyimlər.

Həmçinin bax:

coğrafiya: ibtidai geodeziya Azərbaycan dilinin izahlı lüğəti