Reklam
Reklam

Tarix terminləri lüğəti

icma

ər. – birlik, cəmiyyət

1. İnsanların kollektiv mülkiyyət əsasında istehsal vasitələrinə, digər əmlaka, eləcə də tam və ya qismən özünüidarəyə malik olduqları ənənəvi sosial təşkilatlanma forması.

İ.-nın müxtəlif növləri (nəsli, qonşuluq, ailə və s.) insan cəmiyyətinin inkişafının erkən mərhələsində geniş yayılıb. Bir çox ölkələrdə İ.-lar hətta quldarlıq dövründə və feodalizmdə də mövcud olub. Kapitalizmin inkişafı ilə əlaqədar onlar tədricən dağılmağa başlayıb.

2. Ortaq inanclara, demoqrafik göstəricilərə və s. malik toplumlar; məs.: şəhər kommunaları, kənd cəmiyyətləri, dini və milli cəmiyyətlər və s.

Tarix terminləri lüğəti