Reklam
Reklam

Etimologiya lüğəti

idi

Dilimizdə “быть, находить, достигать, бытие” kimi müxtəlif mənalarda işlədilmiş ermək feili olub. İdi, imiş bağlamaları ayrılıqda yox, yalnız bu feillə işlədilib: ermiş – indiki imiş, erdi – indiki idi anlamını əks etdirmişdir, isə sözü ersə kimi olmuşdur. Ermək sözündəki r səsi ixtisara düşmüş, e saiti isə i səsinə keçmişdir. Beləliklə, -erdi4 “idi”, er –miş4 “imiş”, ersə -“isə” formasını kəsb etmişdir, yəni imiş sözündəki i hissəsi həmin er sözünün qalığıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti