1. Üzü ilə astarının rəngi, naxışı və s. bir cür olan, hər iki üzü, hər iki tərəfi bir cür olan. □ İkiüzlü parça.
2. Elektrotexnika. İkiyanlı, ikisəthli. □ İkiüzlü cisim.
1. Üzdə bir cür, dalda başqa cür danışan, hərəkət edən; riyakar, qeyri-səmimi. □ İkiüzlü adam.
2. İsim kimi: üzdə bir cür, dalda başqa cür danışan, hərəkət edən adam. □ İkiüzlünün biridir.
Azərbaycan dilinin izahlı lüğəti