Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ilac [ilaç] isim

1. Klassik ədəbiyyatda bir xəstəliyin sağalmasına kömək edən hər bir şey, dərman, dava mənalarında işlənmişdir. □ Çak görüb köksümü, qılma ilacım, təbib; Zaye olar mərhəmin, məndə bitər yarə yox. (M.Füzuli).
2. Klassik ədəbiyyatda tədbir, vasitə, çarə mənalarında işlənmişdir. □ Kimsə nədən olmadı dərdinə, Seyyid, ilac; Eyləmə hər nakəsə halını əfsanə ərz. (S.Ə.Şirvani).

Azərbaycan dilinin izahlı lüğəti