Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ilahi [ila:hi] sifət ərəb

1. İlahiyyat. Allaha mütəəlliq, Allaha məxsus, Allaha aid, Allah tərəfindən verilmiş; qeyri-bəşəri. □ İlahi hikmət.
2. İsim kimi: Allah. □ Bu dağlar ahı neylər; Başım külahı neylər; Sən ordan bax, mən burdan; Görək ilahi neylər. (Bayatı).
3. Məcazi mənada: qeyri-maddi, qeyri-cismani, ruhani, mənəvi. □ İlahi eşq.
4. Məcazi mənada: təmiz, pak. □ Nə qədər ilahi bir insansınız; Mənə qardaşdan da mehribansınız. (S.Vurğun).
5. Məcazi mənada: xariqüladə, misilsiz, tayı-bərabəri olmayan, məftunedici. □ İlahi gözəllik.

Azərbaycan dilinin izahlı lüğəti