Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ilahi

Təkkə ədəbiyyatında Allahın ucalığını tərənnüm edən mənzumə.

İ. dini mərasimlərdə oxunur və söylənilir. Bu mənzumələr Yaradana olan səmimi sevgi və bağlılıq duyğularının ifadəsidir. Bu baxımdan İ.-lər divan ədəbiyyatındakı tövhidminacata çox bənzəyir. İ.-lər həm əruz, həm də heca vəznində yazılır. Heca vəznində 7, 8, 11, 14 və 16 hecalıq İ.-lərə rast gəlmək mümkündür. Bu şeir növünə müraciət edən ən məşhur şairlərdən biri Yunus Əmrədir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti