Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İLAHİ ərəb.

ilahi sözündən olub, dilimizə İslam dini ilə əlaqədar daxil olmuş kəlmələrdəndir. İlahi sözü dilimizdə Allaha məxsus, Allaha aid, Allah tərəfindən, eləcə də qeyri-maddi, qeyri-cismani, ruhani, mənəvi (Tanrı, Yaradan, Allah mənasında) mənalarını ifadə edir.

İlahi dilimizdə Allaha müraciət forması kimi daha çox istifadə olunur. Məftun olunan, tayı-bərabəri olmayan, xariqüladə kimi məcazi mənaları da mövcuddur. İlahi kişi adı məişəti- mizdə nadir şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti