Atmosferdə əks yüklənmiş buludlar, yaxud Yerlə bulud arasında cəmlənmiş elektrikin ani olaraq boşalması hadisəsi.
Adətən, parlaq işıq və göy gurultusu ilə müşayiət olunur. İ.-ın yaratdığı cərəyanın şiddəti on, yüz minlərlə amperə, gərginliyi isə milyonlarla volta bərabər olur. İ. yerüstü (Yerə düşən) və buludlararası olmaqla iki böyük qrupa bölünür, lakin bəzən atmosferin çox yüksək qatlarında da İ. çaxması hadisələri qeydə alınır.
Coğrafiya terminləri lüğəti