Reklam
Reklam

Etimologiya lüğəti

ilə

Cığataylarda ilə sözü rus dilindəki “связанный” kəlməsinə uyğun mənada işlə­dilib. Yəqin ki, bu söz ilmək (ilişdirmək, bağlamaq) sözünün kökündəki il feili ilə bağ­lıdır. Demək feilindən deyə feili bağlaması əmələ gəldiyi kimi, il feilindən də il+ə feili bağlaması törəyib və müstəqil mənasını itirərək qoşmaya (indi isə bağlayıcı olmağa doğru gedir) çevrilib. Bunu həm forma, həm də məna əlamətləri sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti