1. İlim-ilim itmək (getmək) – tamamilə yox olmaq, yoxa çıxmaq, izsiz itmək. □ Göy üzü kilim-kilim; Yar itdi ilim-ilim; Kəsin düşmən dilini; Doğrayın dilim-dilim. (Bayatı).
2. İlim-ilim itirmək – səsi bir daha gəlməyəcək yerlərə, uzaqlara göndərmək, uzaqlaşdırmaq; sürgünə, həbsə göndərmək. □ O atın ölümünü məndən gördün, məni ilim-ilim itirdin. (Mir Cəlal).
3. İlim-ilim itirmək – yox etmək, yoxa çıxarmaq, öldürtmək.
Həmçinin bax: