1. Düyün, pırtlaşıq, ilişmiş şeyin halı. □ Bayaqdan yazıq qadın neçə dəfə məftili ilişikdən qurtarıb. (Mir Cəlal).
2. Sifət kimi: düyün, pırtlaşıq, ilişmiş şeyin halı. □ İlişik ip.
3. Sifət kimi məcazi mənada: dolaşıq, qarışıq. □ İlişik fikirlər.
4. Münasibət, əlaqə, asılılıq. □ Onunla heç bir ilişiyim yoxdur.
5. Əngəl, maneə. □ İşimdə heç bir ilişik yoxdur.