lat. illustratio < illustrare – işıqlandırma, aydın şəkildə göstərmə
Kitab və jurnallarda əsərin məzmununa dair vizual görüntülər, şəkillər.
Əsasən, uşaq kitablarında mətnin azyaşlı oxucular tərəfindən daha yaxşı qavranılması üçün istifadə olunur. Bununla yanaşı, elmi-kütləvi ədəbiyyatda, ensiklopediyalarda sənədli İ.-lara geniş yer verilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti