1. Toxunma şeylərin (xalça, corab, parça və s.-nin) ayrı-ayrı halqaşəkilli düyünləri. □ Donu tik, üz ilməni; Şanə tək düz ilməni; Vəfalı dost yad olmaz; Görməsə yüz il məni. (Bayatı).
2. Kisə kimi şeyləri açıb-bağlamaq, asmaq üçün qaytan. □ Ondan çantanın ilməyini qoluna taxmağı xahiş etdi. (Ə.Əbülhəsən).
3. Paltarın yaxasında, qolunda, cibinin ağzında və b. yerində düyməni və ya qarmağı keçirmək üçün sapdan, qaytandan düzəldilən balaca yarıq və ya halqa; düymə yeri. □ Yaxamın ilməsi yox; Qırılıb düyməsi yox; Məni qoyub gedəli; Üzümün gülməsi yox. (Bayatı).