Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İLQAR ərəb.

ilqar sözündən olub, dilimizdə söz vermə, əhd, vəfa anlamlarını ifadə edir.

Bu gün ilqar artıq ümumişlək sözlərdən olmasa da, poeziyada tez-tez rast gəlinir. Məcazi mənada ilqarından dönməmək əhdində vəfalı, sədaqətli, sözünə əməl edən, sözündən, vədindən dönməyəndir. Azərbaycan antroponimikasına əsasən, XX əsrin otuzuncu illərindən daxil olmuş İlqar kişi adı bu gün də məişətimizdə çox geniş yayılmış adlar sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti