Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

iman [iman] isim ərəb

1. İnanma, dərin inam. □ Hələ də öz imanında möhkəm qalmaq istəyirdi. (M.İbrahimov).
2. İslamiyyətdə dinə, Allahın birliyinə, peyğəmbərlərə inanma və bunu dillə iqrar etmə; etiqad. □ Dil zülfilə rüxsarüvə çün qıldı təmaşa; Avarə qalıb küfr ilə iman arasında. (Heyran xanım).

Həmçinin bax:

frazeologizm: imana gəlmək frazeologizm: imana-dinə gəlmək frazeologizm: imandan olmaq frazeologizm: imanımı yandıra bilmərəm frazeologizm: imanına tula bağlayım frazeologizm: imanını itirmək (satmaq) frazeologizm: imanını tərəziyə qoymaq frazeologizm: imanını yandırmaq frazeologizm: malım yox, divan apara, imanım yox, şeytan apara Azərbaycan dilinin izahlı lüğəti