lat. imperialis – imperatora, imperiyaya məxsus
Rus qızıl sikkəsi.
İ. 1755–1805 və 1885–1917-ci illərdə kəsilib. 10 rubl nominal dəyərə malik olan 1755-ci il sikkəsinin tərkibində 90 əyarlı 11,61 q qızıl olub. Rusiyada 1895–1897-ci illər pul islahatı zamanı nominal dəyəri 15 və 7,5 rubl olan İ.-lar dövriyyəyə buraxılıb. Onlar 1899-cu ilə kimi kəsilib, sonra tədricən dövriyyədən çıxarılıb. 1897-ci ildən isə qızıl çəkisi 3,87 q olan 5 rublluq və qızıl çəkisi 7,74 q olan 10 rublluq İ.-lar buraxılmağa başlanıb.
Tarix terminləri lüğəti