Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İMRƏ türk.

emre dostluq, aşiq olma, vurğun, mübtəla, bir də böyük qardaş mənalarını ifadə edir.

Adı əbədiləşdirən türk dünyasının dahi sənətkarlarından olan Yunus İmrə/Əmrə (1238-1320) sufizm fəlsəfəsini sadə xalq dilində qoşmalarda, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə etmiş, şeirimizi yüksək bədii səviyyəyə qaldırmış, özündən sonra yaranan Türkiyə, Azərbaycan və türkmən ədəbiyyatının sonrakı mərhələsinə də güclü təsir göstərmişdir. Anadoluda müxtəlif xalq ozanlarının, aşıqların, həmçinin dərvişin adında iştirak edən Əmrə/Emre sözünün (məsələn, Yunus Əmrə, Tapdıq Əmrə və b.) türkcədə “aşiq” mənasını verdiyi elmi baxımdan dəqiqləşmiş vəziyyətdədir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilməkdədir. Türk-monqol dillərində dərman, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəmeq/İmrəmek feilləri “aşiq olmaq” mənasındadır və əmrə sözü də aşiq mənası daşıyır. Amrağ/Amra/Əmrə kimi dəyişikliyə uğramışdır. Anadoluda bu gün də işlənən “imremek” və “imrenmek” feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəklənmək mənaları daşıyır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti