1. Zərif işlənmiş, nəfis, qəşəng. □ İncə üzük.
2. Nazik, zərif. □ Mən aşiq incə belə; Kəmər çək incə belə; Qoy kor olsun gözlərim; Səni görüncə belə. (Bayatı).
3. Çox kiçik, çox xırda, zorla seçilən, fərqləndirilən. □ İncə təfərrüat.
4. Məcazi mənada: mehriban, mülayim, həssas, riqqətli. □ İncə ruh.
5. Məcazi mənada: üstüörtülü, pərdəli, tez sezilməyən, gizli. □ İncə istehza.
6. Məcazi mənada: ən incəlikləri duyan, qavrayan, dərk edən, dəqiq. □ İncə ağıl.
Həmçinin bax: