Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

inci [inci] isim

1. Bəzi molyuskların balıqqulaqlarından çıxarılan ağ və ya çəhrayı (nadir hallarda qara) rəngli dənələr şəklində qiymətli sədəf maddəsi; mirvari, dürr. □ Altı inci, mirvari; Üstü inci, mirvari; Arasında bir yarpaq. "Dil" (Tapmaca).
2. Həmin maddədən hazırlanan qiymətli qadın bəzəyi (muncuq). □ İncəsən incidən sən; Sədəfdən, incidən sən; Kəsərəm, dilim, səni; Bilsəm yar incidənsən. (Bayatı).
3. Məcazi mənada: çox qiymətli şey haqqında. □ Yığır öz əliylə torpaq altından; Yerdə gizlədilmiş o inciləri. (S.Vurğun).
4. Məcazi mənada: təşbehlərdə saflıq, təmizlik, parlaqlıq mənalarında. □ Yenə ay işığında qumlar sanki incidir. (N.Rəfibəyli).
5. Məcazi mənada: təşbehlərdə dişlər mənasında. □ Dəhanın sədəfdir, dişlərin inci; Sanasan ağzın püstədir, ay qız! (M.P.Vaqif).

Həmçinin bax:

frazeologizm: nar gülündən inci çıxmaq Azərbaycan dilinin izahlı lüğəti