Münaqişə aparan tərəflərin bir-birinin əleyhinə yönəlmiş informasiya siyasəti və bu siyasəti həyata keçirmək sahəsində məqsədyönlü fəaliyyəti.
İ.Q.-nın əsas iştirakçıları dövlətlər, siyasi qüvvələr, onların mövqeyindən çıxış edən KİV olur. Burada əsas məqsəd rəqibin üzərində üstünlük qazanmaq üçün onun tərəfdarlarını çaşdırmaq, qarşı tərəfin resurslarına psixoloji zərbə vurmaq, ölkədə, yaxud beynəlxalq aləmdə ictimai rəyi öz xeyrinə dəyişməkdir. İ.Q.-da təbliğat, manipulyasiya, saxtalaşdırma elementlərindən, informasiya blokadasından, feyklərdən və şayiələrdən geniş istifadə olunur. İ.Q.-nın ən kəskin forması «informasiya müharibəsi»dir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti