Atomların, yaxud atom qruplarının (molekulların, radikalların) elektron (və ya yüklü zərrəcik) itirməsi, eləcə də onlara elektron (və ya başqa yüklü zərrəcik) birləşməsi nəticəsində əmələ gələn yüklü zərrəciklər.
“İon” terminini elmə 1834-cü ildə M. Faradey daxil etmişdir. Cərəyan buraxıldıqda məhlulda mənfi qütbə (katoda) tərəf hərəkət edən müsbət yüklü İ.-a kation, müsbət qütbə (anoda) tərəf hərəkət edən mənfi yüklü İ.-a isə anion deyilir.
Fizika terminlər lüğəti